Xəbər verdiyimiz kimi, Kür çayının Yevlax rayonundan keçən hissəsindən meyit tapılıb.
Bizim.Media xəbər verir ki, meyiti tapılan şəxs 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğludur.
Məlumata görə, Xaliq Pənahov iyunun 20-dən axtarışda olub. Bildirilib ki, o, həmin tarixdə yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Xaliq Pənahovun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Bizim.Media