BİZİM TƏQVİM: 19 iyulda dünyada nələr olub?

1826-cı ilin bu günündə Qacar dövlətinin qoşunları Araz çayını keçərək Rusiyanın nəzarətində olan Şimali Azərbaycan torpaqlarına daxil olub. Beləliklə, İkinci Rusiya-Qacar müharibəsi (1826-1828) başlanıb. Müharibənin ilk günlərində rusların hərbi qərargahı yerləşən Şuşa qalasını mühasirəyə alan Qacarlar taxt-tacının şahzadəsi Abbas Mirzənin qoşunları sonradan geri çəkilib. Onlar Rusiya ilə 1804-1813-cü illər müharibəsindəki məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, yenə məğlub olub. Türkmənçay müqaviləsinə əsasən (10 fevral 1828) bu dəfə İran öz nəzarətindəki İrəvan və Naxçıvan xanlıqlarını da Rusiyaya verməyə məcbur olub. Bununla da, Araz çayından şimalda bütün Azərbaycan torpaqlarının Rusiyaya ilhaqı başa çatdırılıb.

Bəs iyulun 19-da dünyada daha hansı hadisələr baş verib?

1.    19 iyul 1900-cü ildə Paris metrosu açılıb. Qərbi Avropada ən qədim metro isə London metrosu sayılır. Paris yeraltı dəmiryolu ildə 1,365 milyard sərnişin daşıyır. Yolların uzunluğu 215 kilometrdir, 380 stansiyanı birləşdirir.

2.    1943-cü ilin 19 iyulundan Kurskda həlledici döyüşlər başlandı. Marşal Jukov və Vatuninin başçılıq etdiyi Sovet qoşunları almanlara ağır zərbələr endirərək Oryol şəhərini mühasirəyə aldılar. Bu, İkinci Dünya Müharibəsinin gedişində - Kursk qövsü döyüşlərində SSRİ-nin ən uğurlu əməliyyatlarından biri idi. 

3.    19 iyul 1952-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə XV Yay Olimpiya Oyunları başlandı. Bu olimpiada iştirakçılarının sayına görə bura qədərki ən iri yarış idi. Sovet idmançıları, eləcə də digər sosialist ölkələrinin nümayəndələri ilk dəfə idi ki, olimpiya oyunlarında iştirak edirdilər. Azərbaycan bu yarışlarda SSRİ-nin seçmə kollektivi heyətində 5 idmançı ilə təmsil olunmuşdu. Onlardan Rəşid Məmmədbəyov sərbəst güləş yarışlarında gümüş medala layiq görüldü.

4.    1980-ci ilin 19 iyulunda Moskvada 22-ci Yay Olimpiada Oyunları başladı. Ancaq SSRİ-nin Əfqanıstanı işğalına etiraz bildirən, ABŞ başda olmaqla, 65 ölkə olimpiadanı boykot etdi. 

5.    Nyu York Federal Məhkəməsi Türkiyədən qaçırılan "Karun xəzinəsi"ylə əlaqədar açılan məhkəmə işində bu tarixi əsərlərin Türkiyəyə qaytarılması üçün 19 iyul 1990-cı ildə qərar verdi. Beləliklə, Metropolutan Muzeyində olan 363 parçadan ibarət xəzinənin Türkiyəyə qaytarılması razılaşdırıldı və  "Karun xəzinəsi" 1993-cü ildə Ankaraya gətirildi.

19 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.    1834-cü ilin bu günü Fransada İmpressionizm hərəkatının mühüm simalarından olan Edqar Deqa (Edgar Degas) dünyaya gəlib. O daha çox rəqs mövzulu şəkilləri ilə tanınır. (1834-1917)

2.     Məşhur rus şairi Vladimir Mayakovski 19 iyul 1893-cü ildə Gürcüstanın Bağdadi kəndində anadan olub. Vladimir Mayakovskinin yaradıcılığında Azərbaycan, xüsusən Bakı mövzusu da əhəmiyyətli yer tutur. Şair 1930-cu ildə 37 yaşında intihar edib. (1893-1930)

3.    Yüngül atletika üzrə Azərbaycan məşqçisi Əfqan Səfərov 1918-ci ilin 19 iyulunda dünyaya gəlib. 1945-ci ildən “Dinamo” cəmiyyətində fəaliyyətə başlayan Ə.Səfərovun yetirmələri 5 dünya, 7 Avropa, 100-dək SSRİ rekordu əldə ediblər. Aleksandr Kornelyuk isə olimpiya çempionu olub. (1918 – 1990)
4.     1920-ci ilin bu günü Azərbaycan Demokratik Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayev Tiflisdə erməni qatilləri tərəfindən öldürülüb. Gəncədə dünyaya gələn və elə orada orta təhsilini başa vuran Həsən bəy Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Moskva Universitetinin tibb fakültəsində oxuyub. 1901-ci ildə həmin ali məktəbi bitirərək vətənə qayıdan H.Ağayev həm həkim kimi fəaliyyət göstərib, həm də “Molla Nəsrəddin” jurnalında müxtəlif imzalarla məqalələr yazıb. Həsən bəy Ağayev Zaqafqaziya Seyminin üzvü, 1918-ci il dekabrın 7-dən 1920-ci il fevralın 2-dək Azərbaycan parlamenti sədrinin müavini, parlament sədri Əlimərdan bəy Topçubaşov Bakıda olmadığı zaman uzun müddət onun əvəzedicisi olub. (1875-1920) 

5.    19 iyul Azərbaycan realist teatr-dekorasiya sənətinin yaradıcılarından olan Rüstəm Mustafayevin xatirə günüdür. О, tamaşaların bədii tərtibatında milli motivlərdən geniş istifadə edib. Azərbaycan Opera və Balet Teatrında opera tamaşalarına çəkdiyi dekorasiya eskizləri bu baxımdan fərqlənir. Cəmi 30 il ömür sürmüş Rüstəm Mustafayev həm də Nizami Muzeyinin bədii tərtibatının müəlliflərindəndir. (1910-1940)

6.    19 iyul 1915-ci ildə Xalq artisti, opera müğənnisi (bariton) Ağababa Bünyadzadə (1915 – 17.12.1974) Bakının Kürdəxanı kəndində doğulub. 1938-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.

7.    19 iyul 1946-cı ildə Əməkdar rəssam Asif Rzayev (Asif Azərelli; 1946 – 4.9.2022) Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub. “Dədə Qorqud”, “Qoca qarabağlı” və s. əsərləri xüsusilə məşhurdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışıb.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

End of content

No more pages to load

RADİO