Əsgərə “qara” xəbər necə verilməlidir? – Təzadlı AÇIQLAMALAR

Adətən həqiqi hərbi xidmətdə olan gənclərə ailələrində baş verən faciə xəbərini onlar qayıdana qədər söyləmirlər. Səbəb isə uzaqda olduqları  və doğmalarının kədərinə şərik ola bilməyəcəkləridir. Psixoloqların fikrincə, xidməti başa vurmayan əsgərə “qara”xəbəri faciəvi şəkildə çatdırmaq düzgün deyil. 

Hər bir əsgərin psixoloji vəziyyətinə dəyər verilir...

Ümumiyyətlə hərbi xidmətdə olan gənclərə, əsas da ailəsindən uzaqda hərbi xidmət keçənlərə faciə xəbəri necə verilməlidir?

Hərbi ekspert Şair Ramaldanov Bizim.Media-ya açıqlamasında xəbərin insanın xasiyyətinə uyğun verilməli olduğunu bildirib:

"Azərbaycanda hərbi xidmətdə olan hər bir əsgərin psixoloji vəziyyətinə dəyər verilir. Hətta aparıcı amillərdən biridir. Belə deyək, onlar kişi kimi formalaşdırılır və xidməti vəzifəsini yerinə yetirməyənlərə nisbətən daha dözümlü olurlar. "Kişilik məktəbi"-ni tamamlayan hər bir şəxs iradə və fiziki cəhətdən digərlərindən fərqli tərzdə evinə qayıdır. Çünki orduda hər şey nizamnamə çərçivəsində olur. Amma bu o demək deyil ki, faciə xəbərini ona rahatlıqla vermək olar. Hər valideyn öz övladının xasiyyətinə bələddir və buna uyğun ona xəbəri verməlidir. Daha yumşaq versiyada xəbərin çatdırılmasını məsləhət görürəm. Amma faciə xəbəri nə zaman verilsə, əsgərin reaksiyası dəyişməyəcək. O öz xasiyyətinə uyğun reaksiya verəcək"- ekspert bildirib.

Psixoloqların dəstəyilə verilən xəbər daha sağlamdır...

Psixoloq Elmir Əkbərin fikrincə, hərbi hissələrdə yüksək kvalifikasiyalı psixoloqlar işləməli, əsgərlərin hər birini yaxından tanımalıı və onlarla şəxsi söhbət aparmalıdırlar. Əsgərlərin psixoloji temperamentini bilən, onları yaxından tanıyan psixoloq faciə xəbərlərini onlara necə verməli olduğunu təyin edəcək. Məlum məsələdir ki, psixoloqların xüsusi taktikası var və onlar ən düzgün şəkildə məlumatı verməyi bacarırlar”. 

Psixoloq belə vəziyyətdə əsgərlərin yaxınları ilə birlikdə olmasının əhəmiyyətini də vurğulayıb: 

“Faciəvi anlarda əsgərə mümkündürsə məzuniyyət verilsin, yaxınlarından ən səmimi olduğu şəxslər çağırılsın. Yaxını və psixoloqun dəstəyi ilə verilən xəbər əlbəttə əsgərə daha sağlam reaksiya verməsinə imkan verər. İnsan sevdiklərinin yanında özünü tənha hiss etməz, təsəlli tapar".

Əsgər ailəsində olan faciə xəbərini gec eşidərsə, necə qarşılayar? 

Psixoloq Nizami Orucov isə məsələyə bir qədər təzadlı yanaşıb. Onun fikrincə, xəbərin gec verilməsi əsgərin psixologiyasına mənfi təsir edə bilər:

"Xidmətdə olan əsgərə faciə xəbərini vermək lazımdır, amma doğru şəkildə və zamanda... Çünki əsgər xidmətdə olduğu aylarda, məsələn anası, ya başqa əzizi rəhmətə gedibsə, bunu üzərindən xeyli vaxt keçdikdən sonra demək əsgərə pis təsir edəcək, nəinki vaxtında demək... Buna görə qanunvericiliklə nəzərdə tutulmuş ailədaxili məsələlərə görə məzuniyyət var. Hansı ki, bu kimi hallarda əsgər bir neçə günlük məzuniyyətə, ailəsinin yanına buraxılır. İtirdiyi yaxını üçün vəzifəsini yerinə yetirmiş olur. Buna görə lazımi icazə alınmalıdır".

Xatırladaq ki, keçdiyimiz günlərdə hərbi xidmətdən qayıdan əsgərə qardaşının dənizdə batması xəbərinin verilmə üslubu müzakirələrə səbəb olmuşdu.

Selcan Zaurqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

End of content

No more pages to load

RADİO