“Fazil Məmmədov həddindən artıq şişmişdi, köpünü almaq lazım idi...”x9d

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dünən Moderator.az-a göndərdiyi müəllif yazısında vergilər naziri Fazil Məmmədovun ünvanına ittihamlar səsləndirərək bir çox sahibkarın onun rəhbərlik etdiyi vergi sistemindən narazı olduğunu dilə gətirmişdi --- moderator.az/news/202001.html

Və nə qədər qəribə görünsə də H.Hacıyevin məlum açıqlamasından cəmi bir gün sonra F.Məmmədov ölkə başçısının sərəncamı ilə vəzifədən azad edildi.

Maraqlıdır, H.Hacıyevin öncəgörmə xüsusiyyətlə proqnozu nəyi əsaslanırdı? F.Məmmədovun nazir postundan uzaqlaşdırılması partiya sədri üçün nə dərəcədə gözlənilməz olub?

Moderator.az-a açıqlama verən H.Hacıyev F.Məmmədovun ciddi səhvlərə yol verdiyini bildirdi:

“Fazil Məmmədovun çoxdan bəri dövlətçiliyə qarşı yönələn hərəkətləri var idi. Cənab prezident bunu bilirdi. Biz də müəyyən məlumatları ölkə rəhbərliyinə çatdırmışdıq. F.Məmmədov həddindən artıq şişmişdi, köpünü almaq lazım idi və alındı da. Pulu çoxalmışdı. 17 il idi ki, vergilər naziri işləyirdi. Özünü dövlət başçısına sadiq məmur kimi göstərsə də, əslində sadiq deyildi.xa0
Bizdə olan məlumatlara görə, Milli şuranın axırıncı mitinqlərində F.Məmmədovun adamlarının əksəriyyəti özünü “ana müxalifət”x9d adlandıranların yanında olub. Bu, birmənalı şəkildə belədir və istənilən məhkəmə çəkişməsində də bunu sübut etməyə hazıram. Mən bunu müəyyən dairələrə çatdırdım. Bildirdim ki, dövlətçiliyə bu cür xidmət eləmək olmaz. Bu xalq bu dövləti qurana qədər minlərlə şəhidlər verib. Sovetlər dönəmində nə qədər həbs olunanlarımız, ölüm-itimlərimiz olub. Bu dövlətə xəyanət etmək olmaz. Bu dövləti quranlar bu dövləti bizə əmanət qoyub gedib.xa0
F.Məmmədovun Cəmil Həsənli və ona yaxın şəxslərlə gizli görüşləri təşkil olunurdu. Müəyyən gizli oyunlar gedirdi. Biz bu oyunları çox böyük ustalıqla izləyirdik. Mən dövlətçiliyi müdafiə edən bir insanam. Mən qardaşımın gələcəyini, onun balalarını hər şeydən üstün tutmuşam. Bu gün də o mövqedə qalıram.xa0
Doğrudur, bu gün məni də incidənlər var. Cənab prezidentin tapşırığını yerinə yetirməyən bəzi nazirlər var. Hər kəs baş verənlərdən ibrət dərsi götürməlidir. Kim prezidentə xəyanət edirsə, onların hamısının axırı belə olacaq. Heç kim bilməsin ki, onların gizli şəkildə apardığı işləri, verdiyi dəstəyi heç kim bilmir. Heç kim bilməsə də H.Hacıyev hər şeyi gözəl bilir.xa0
F.Məmmədov sahibkarları incidir, rüşvət yığırdı. Onun 9-cu mikrorayondakı villasının dəyəri yüz milyonlarla ölçülür. Şəmkir rayonunu başdan-başa satın almışdı. Xarici dövlətlərdə, Bodrumda villaları, otelləri var idi. Gürcüstanda otelləri, imarətləri var idi. Həddindən artıq şişmişdi. Cəhənnəmə, şişməyini də bağışlamaq olardı. Lakin qardaşıma xəyanət edən separatçı qüvvələrə qoşulması qəbuledilməz idi.xa0
Hər halda mən sözümü dedim. Çox sağ olsun mənim qardaşım. Hər halda özü də təhlil etdi. Müəyyən kanallarla öyrənib görürlər ki, həqiqətən də bu insanlar belədir. Ona görə də onları yola salırlar. Z.Məmmədov qalanlarına dərs olmalı idi. Prezidentin tapşırığı bir dəfə olur, iki dəfə olmur.xa0
Bəzi insanlar var ki, bunu qulaqardına vurur. Çalışırlar ki, xalqda belə təəssürat yaratsınlar ki, prezident söz deyir, bunlar eşitmir. Bunlar kimdir ki, prezidentin tapşırığını yerinə yetirməsinlər? Bu baxımdan F.Məmmədov da ağ eləmişdi. Bütün günü kadrlarla oynayırdı. Onu çıxardıb yerinə digərini qoyurdu. Sanki oyuncaq oynayırdı, baş qatırdı. Rüşvətə qurşanması azmış kimi qaranlıq işlərlə də məşğul idi və pis vərdioşlərə qurşanmışdı.xa0
Bu, ölkə başçısının atdığı çox ciddi addımalardan biridir. Z.Məmmədovun ardınca bu da getməli idi. Hakimiyyət daxilində bir neçə nəfər var ki, onlar da bulanıq suda balıq tutmaqla məşğuldurlar və ilana ağı verən kimi İlham Əliyevə qarşı xəyanətkar mövqedə duranların dəyiramanına su tökməkdə davam edirlər. Biz o dəyirmanları onların başlarına yıxacağıq və etdikləri xəyanətə görə təkcə kresloları ilə deyil, çapıb-taladıqları varidatları ilə də cavab verəcəklər".xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

End of content

No more pages to load

RADİO