Gəncədə 29 yaşlı kişi qəza zamanı həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin 28 may küçəsində 1995-ci il təvəllüdlü Səyad Rauf oğlu Məmmədli idarə etdiyi mopedlə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə o yıxılıb və ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu