Bakıda dəhşətli CİNAYƏT: Taksi sürücüsü müştərisi ilə sevgili oldu, azyaşlı qızına təcavüz etdi

Bakının Xəzər rayonunda 1993-cü il təvəllüdlü Cəlil yetkinlik yaşına çatmayan Nəzrinlə (adlar şərti göstərilib - red.) cinsi əlaqədə olub.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Cəlil qeyri-rəsmi yaşadığı Nərminəyə məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlı zavodun yaxınlığında yerləşən fərdi yaşayış evinə gəlib.

O, cinsi ehtirasını təmin etmək məqsədilə razılıq əsasında, onun on altı yaşına çatmadığı qızı, 2008-ci il təvəllüdlü Nəzrinlə təbii yolla cinsi əlaqədə olub.

Hadisəni törədən Cəlilin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, taksi kimi işləyən zaman Nərminə ilə tanış olub:

"Sonradan aramızda qeyri-rəsmi münasibətlərimiz yarandı. Nərminənin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlı zavodun yaxınlığında yerləşən fərdi yaşayış evinə gedib onunla cinsi əlaqədə olmuşam. Nərminənin Nəzrin adlı qızı və azyaşlı oğlu olub. "WhatsApp" proqramı vasitəsilə ara-sıra Nəzrin ilə yazışmışam. Müharibə vaxtı başımdan travma aldığımdan nə baş verdiyini dəqiq xatırlamıram. Nəzrinin 16 yaşı olmadığını bilmişəm. Lakin yaxınlıqlarımız olsa da, Nəzrin ilə cinsi əlaqədə olmamışam. Özüm "Vətən müharibəsi" veteranıyam".

İş üzrə zərərçəkmiş Nəzrinin sözlərinə görə, Cəlil anası Nərminə ilə qeyri-rəsmi yaşayıb:

"Cəlil bizim yaşadığ;mız Binə qəsəbəsi, Bakavtomat yolunda olan fərdi yaşayış evinə gəlib-gedib. Cəlil ilə ara-sıra "WhatsApp" vasitəsilə danışmışıq. Sonradan Cəlil ilə intim söhbətlər etməyə başladıq. Bir müddət sonra Cəlil mənimlə cinsi əlaqədə olmağı təklif etdi. Mən də etiraz etmədim. Anam evdə olmayanda Cəlil bizə gəldi. Anamın yataq otağında, öz razılığım əsasında Cəlil ilə bir dəfə təbii yolla cinsi əlaqədə oldum. Cəlil mənim 16 yaşıma çatmadığımı bilib. Hazırda ona qarşı heç bir şikayətim və tələbim yoxdur". 

İş üzrə şahid qismində ifadə verən zərərçəkmiş Nəzrinin anası Nərminənin ifadəsinə görə, Cəlil ilə hadisədən bir neçə ay əvvəl tanış olub:

"Mən "Bolt" şirkətindən taksi sifariş etdim. Həmin vaxt tanış olduq. Bundan sonra Cəlil mütəmadi olaraq yaşadığım fərdi yaşayış evinə gələrək bizdə qalıb. Mənimlə bir neçə dəfə cinsi əlaqədə olub. Son zamanlar onun qızım Nəzrin ilə isti münasibətlərini gördüm və şübhələnməyə başladım. Cəlil tez-tez qızım Nəzrinə zəng edirmiş və yazırmış. Qızımın mobil telefonunu əlindən alıb baxan zaman şahidi oldum ki, Cəlil qızımla cinsi əlaqədə olub və onu yenidən intim münasibətdə olmağa dəvət edir. Cəlillə qızımın adı ilə "WhatsApp" vasitəsilə yazışdım. Tam əmin olandan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdim".

Nərminə ifadəsinə əlavə olaraq bildirib ki, yazışmanı görəndə həyəcanlanıb və hüquq-mühafizə orqanlarına necə məlumat verdiyini bilməyib:

"Lakin sonradan mənə məlum oldu ki, Cəlil qızımla onun razılığı ilə cinsi əlaqədə olub. Sonradan Cəlil tərəfindən qızıma dəymiş ziyan tam olaraq ödənilib".

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlil 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından dərhal həbs edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 2024-cü il mayın 27-dən hesablanması qərara alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Bəzi ərazilərində işıq olmayacaq

Bəzi ərazilərində işıq olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

End of content

No more pages to load

RADİO