DƏHŞƏT: Ata qapını gec açdığına görə qızının burnunu əzdi

Bakının Xətai rayonunda 1973-cü il təvəllüdlü Vəli ailə münaqişəsi zəminində qızı Fəridəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Vəli qızının yaşadığı ünvanda yerləşən evə gəlib, onun qapını gec açmasına irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruqla və bir dəfə başla sifət nahiyəsindən vurub. Qızını döyərək burun nahiyəsinin şişkinliyi halında əzilməsi və digər xəsarətlər yetirib.

Hadisəni törədən Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qızı Fəridə beş aylıq olduğu vaxtdan anası onu götürərək özü ilə saxlayıb:

"2019-cu ildən, yəni ikinci ailə həyatı qurduğum vaxtdan Ramana qəsəbəsində yaşayıram. 2024-cü ildə Əbilov küçəsində yerləşən evə gəldim. Təxminən saat 18:40-da qapını döydüyüm vaxt Fəridə evdə olmasına baxmayaraq qapını açmadı. Daha sonra qapını təkidlə döyməyə davam etdim. Bir qədər sonra Fəridə qapını açaraq "hadisə çıxmasın deyə qapını açdım", - dedi. Belə olduqda əsəbiləşdim. Ona "nə deyirsən?", - deyə soruşdum.

Fəridə arxasını mənə çevirərək getdi. Fəridənin arxasınca düşdüm, üzbəüz gəldikdə yumruqla sifət nahiyəsindən vurdum. Onu divara doğru sıxışdırdım. Fəridə əli ilə mənə mane olmaq istədi. Başımla Fəridənin burun nahiyəsinə zərbə endirdim və evdən çıxdım".

İş üzrə zərərçəkmiş Fəridənin sözlərinə görə, beş aylıq olduğu vaxtdan onu nənəsi götürərək özü ilə saxlayıb:

"Anam ilə atam 2018-ci ildə boşanıblar. 2019-cu ildən atam ikinci dəfə ailə həyatı qurduğu üçün Ramana qəsəbəsində yaşayır. Atam həmişə mənimlə kobud davrandığı üçün ondan qorxuram".

Zərərçəkmiş bildirib ki, hadisə günü, axşam saat 18 radələrində atası Vəli yaşadığı evə gəlib və evin qapısını döyüb:

"Özüm evdə tək olduğum üçün qapını açmadım. Daha sonra Vəli qapını döyməyə davam etdiyi üçün onun qapını qıracağından ehtiyatlandım və qapını açdım. Çünki Vəli əvvəllər bir dəfə pəncərəni qıraraq mənzilə daxil olub. Qapını açan kimi Vəliyə "hadisə çıxmasın deyə qapını açdım, sakit ol", - dedim.

Sonra mətbəxə keçdim. Vəli də üzərimə gələrək "nə deyirsən?", - deyə soruşdu və yumruqla üzümə bir dəfə vurdu. Daha sonra Vəliyə mane olmaq istədim. Vəli başla burun nahiyəmə vurdu. Vəli özümü itirdiyimi gördü və evdən getdi. Hadisə vaxtı evdə atam və özümdən başqa heç kəs olmayıb. Atamın məni döyməyi bir, ya iki dəqiqə ərzində baş verib".

Xətai Rayon Məhkəməsinin hökmü ilə Vəli 300 saat ictimai işlər cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, bu vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Bəzi ərazilərində işıq olmayacaq

Bəzi ərazilərində işıq olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

End of content

No more pages to load

RADİO