Şəmkirdə yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Daşbulaq kəndində hərəkətdə olan minik avtomobilli yolu keçmək istəyən 2022-ci il təvəllüdlü Ümid Vəliyevi vurub.
Azyaşlı xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu