Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

İyulun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə MSK-nın iyulun 6-da keçirilən iclasının protokolu təsdiq edilib. 

Sonra bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair məsələyə baxılıb.

Diqqətə çatdırılıb ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar olaraq, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan, eləcə də uzunmüddətli bərpa, tikinti-quruculuq və abadlıq işlərində çalışan çoxsaylı seçicilərin seçki hüquqlarının təmin edilməsi üçün həmin ərazilərdə yeni seçki məntəqələrinin yaradılması zərurətə çevrilib.

Komissiya üzvlərinin məsələ ətrafında müzakirələrinin ardınca yerli və digər şərait nəzərə alınmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının vacibliyi əsas götürülərək, 84 saylı Füzuli, 118 saylı Ağdam–Xocalı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 124 saylı Şuşa–Ağdam–Xocavənd və 125 saylı Zəngilan–Qubadlı seçki dairələrinin hüdudları daxilində Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilib.

Daha sonra VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Abış oğlu Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
Bildirilib ki, Milli Məclisin deputatı Adil Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyinə görə ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən deputat səlahiyyətlərinə xitam verilməlidir. MSK qeyd olunanları nəzərə alaraq qanunvericiliyə uyğun qaydada Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

Komissiyanın iclasında Milli Məclisə növbədənkənar seçkilərdə Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb.

Sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

Xarici qurum və media subyektləri nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Bəzi ərazilərində işıq olmayacaq

Bəzi ərazilərində işıq olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

End of content

No more pages to load

RADİO