Birinci Qarabağ itkininin qardaşı: "Yaxşı ki, anam İdrisdən rahat getdi" - FOTO

"Anam Simzar bu il iyul ayının 3-də 91 yaşında dünyasını dəyişdi, ayın 5-i 3 mərasimini verdik. Yaxşı ki, anama ölüm ayağında qardaşım İdrisin qalıqlarının  tapıldığını, ondan rəsmi xəbər olduğunu dedim. Danışa bilməsə də başa düşdü, dediklərimə reaksiya verdi. Yaxşı ki, anam dünyadan rahat getdi, İdrisdən rahat getdi".

Bu sözləri Şabran şəhər sakini, bu günlərdə DNT analizi ilə barəsində rəsmi xəbər çıxan Birinci Qarabağ müharibəsinin itkin şəhidi İdris Baxışovun böyük qardaşı Oruc Baxışov Bizim.Media-ya deyib.

Onun sözlərinə görə, qardaşı İdris  1992-ci ildə Quba batalyonunun tərkibində könüllü cəbhəyə gedib. Zabit idi, komandir  kimi 1993-cü il aprel ayının 1-də Kəlbəcərdə itkin düşmüşdü.

Elə qalıqları da Kəlbəcərdə tapılıb. Qardaşı Oruc deyir ki, iyun ayının 25-də Bakıda Şəhriyar adına klubda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında iştirak edib. 

Kəlbəcərdə qalıqları tapılmış 20 nəfərdən birinin də qardaşı İdris olması barədə  həmin iclasda məlumat alıb.

Oruc Baxışovun qardaşı İdrisin və digər şəhidlərin qalıqlarının tapılmasında əməyi olan dövlət qurumlarının  əməkdaşlarına minnətdarlığını bildirib.

Qeyd edib ki, qardaşı Telman, atası Osman da dünyalarını dəyişib. İndi o, ailəli olan iki bacısı ilə İdrisin dəfninə hazırlaşır.

Onun sözlərinə görə, şəhid İdris Baxışov 51 il əvvəl doğulduğu Quba rayonunun Qənidərə kəndində 32 ildən sonra dəfn olunacaq.

Dəfn mərasimi iyulun 12-də gündüz saat 12.00-da kənd məzarlığında olacaq.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Bəzi ərazilərində işıq olmayacaq

Bəzi ərazilərində işıq olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

End of content

No more pages to load

RADİO