Zirvə görüşü zamanı Füzuli Hava Limanı 40-dan çox reys qəbul edib - FOTO

2020-ci ildə işğaldan azad olunan ərazilərdə rekord müddətdə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur.

“Azərbaycan Hava Yolları” QSC-dən Bizim.Media-ya bildirilib ki, bu hava limanı Zəfər yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır.

Füzuli aeroportu, qısa müddət ərzində bir çox hökumət başçılarını, dövlət və xarici beyin mərkəzlərinin yüzlərlə nümayəndəsini qəbul edib ki, bu da onun strateji əhəmiyyətini və regionun inkişaf perspektivlərini göstərir.

Bu günlərdə Füzuli Beynəlxalq Hava Limanı Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində 40-dan çox reys qəbul edib və yola salıb. 

Onların sırasında 10-dan çox təyyarə növü var idi: Gulfstream V, Falcon 7X, Airbus 319, 320, Embraer 190, geniş gövdəli İL-96, Airbus 330, 340 və Boeing 787 kimi hava gəmilərinin Füzuli aeroportuna uğurlu enişi, onun müxtəlif tipli təyyarələri qəbul etmək qabiliyyətini, müasir texnoloji səviyyəsini və beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqləyir.

Füzuli aeroportunda müxtəlif növ hava gəmilərinin təhlükəsiz və rahat şəkildə enib qalxmasına imkan verən 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı mövcuddur. Hava limanında avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi ICAO və IATA standartlarına müvafiq şəkildə uçuşların idarə olunmasını təmin edir.

Bundan əlavə, müasir infrastrukturla təchiz olunan terminal saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr mövcuddur ki, bu da gələn sərnişinlərin və qonaqların rahatlığı üçündür.
Bu gün Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzə çevrilməkdədir. İyulun 17-dən etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın Qarabağa müntəzəm reyslərinin başlanması ilə, bu regionun Azərbaycan və dünya ilə daha da sıx inteqrasiya edilməsi istiqamətində yeni bir mərhələ başlanacaq. Bu, həm də Qarabağın inkişafı və onun turizm potensialının artırılması baxımından böyük əhəmiyyət kəsb edəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Bəzi ərazilərində işıq olmayacaq

Bəzi ərazilərində işıq olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

End of content

No more pages to load

RADİO