"Bakı metropoliteninin bütün stansiyalarında təbii havalandırma qurğuları quraşdırılacaq. Təbii ki, bütün stansiyalarda bunu birdən-birə etmək olmayacaq, amma bu tədricən mərhələli şəkildə ediləcək".
Bizim.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Sputnik Azərbaycan"a açıqlamasında deyib.
O, qeyd edib ki, bu il təbii havalandırmanın tənzimlənməsi üçün 6 qurğu alınıb:
"Bundan başqa, havasızlıq olmasın deyə metro stansiyalarında ventilyatorların iş rejimi dəyişib və yenilərinin alınması sürətləndirilib".
Bizim.Media