Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir.
Xəsarət alanın olmadığı bildirilir, əlavə məlumat veriləcək.

Bizim.Media