Siyəzəndə broyler fabrikinin həyətində qədim qəbir tapılıb.
Siyəzən Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, rayonun Beşdam kəndində "Siyəzən broyler" ASC-nin həyətində elektrik xətləri üçün qazıntı işləri aparılarkən bir qədim qəbir və insan sümükləri tapılıb.
Dərhal rayonun hüquq-mühafizə orqanları məlumatlandırılıb. Siyəzən Rayon Prokurorluğu araşdırmaya başlayıb. Sümüklərin hansı dövrə aid olmasını müəyyən etmək üçün Elmlər Akademiyasına müraciət olunacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu