Mərdəkanda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki, hadisə Binə körpüsü yaxınlığında qeydə alınıb.
Xocavənd rayon sakini Qurbanov Asim Şahlar oğlu idarə etdiyi "Opel Astra" markalı avtomobil ilə 1981-ci il təvəllüdlü piyada Seyidov Fariz Tofiq oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla araşdırılır.
Bizim.Media