Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda iş saatı uzadılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Bildirilib ki, ziyarətçilərin çoxsaylı müraciətləri əsasında verilən qərara əsasən iyulun 10-dan etibarən “Yanardağ” Qoruğunda yay mövsümü boyu hər gün səhər 10:00-dan axşam saat 22:00-dək ziyarətçilərə xidmət göstəriləcək.
Bizim.Media