Ötən gün Ağdam rayonu ərazisində baş verən yol qəzasında ağır yaralanan sərnişin ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Rövşən Aslanov müalicə aldığı Bərdə rayon mərkəzi xəstəxanasında həyatın itirib.
Qeyd edək ki, hadisə ötən gün Bərdə-Ağdam yolunun Təzəkənd kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetməni itirərək yol kənarında aşıb.
Hadisə nəticəsində Ağdam rayonu, Güllücə kənd sakini, 1988-ci təvəllüdlü Rövşən Aslanov xəsarət alaraq, Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdi.
Bizim.Media