Xaçmaz rayonunun İstisu qəsəbəsində ev yanıb.
Bizim.Media xəbər verir ki, 54 yaşlı İstisu qəsəbə sakini Vitali Korovçenkoya məxsus 2 otaqlı evin 40 kvadratmetrlik dam örtüyü yanıb.
Yanğından 69 yaşlı Şahsənəm Mehdiyevanın 3 otaqlı fərdi yaşayış evi də zərər çəkib. Evin 20 kvadratmetrlik dam örtüyü yanıb. Yanan evlər taxtadan olan barak evlərdir.
Yanğın yerində FHN-in 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi işləyib. Alovun haradan qaynaqlandığı məlum deyil.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu