AZAL informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir. 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. 

İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL QSC) olub. Qurum “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Yerləşdirmə – IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib.

Eyni zamanda qurum məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmətindən də yararlanıb.

Bundan başqa, şirkət “AzInTelecom” tərəfindən bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən “AzDoc” proqram təminatı ilə təmin olunub. AZAL informasiya sistemlərini tam şəkildə Bakı Data Mərkəzinə yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib. 

Məlumat üçün bildirək ki, qeyd olunan “bulud” xidmətlərini AZAL QSC-nin tərkibindəki bütün strukturlar, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportu da əldə edib. 

Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur. 
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, şirkət “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən 2 Data Mərkəzinə malikdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dondurma alarkən buna diqqət edin!

Dondurma alarkən buna diqqət edin!

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Bəzi ərazilərində işıq olmayacaq

Bəzi ərazilərində işıq olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO