Goyçayda bıçaqlanma hadisəsi baş verib.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə nəticəsində Göyçay sakini 2008-ci il təvəllüdlüq Cəfərov Nihat Yavər oğlu bir-neçə bıçaq xəsarəti alıb.
Yaralı dərhal Göyçay rayon mərkəzi xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hazırda həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən yeniyetmə saxlanılıb və izahatı alınıb.
Məsələ ilə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Bizim.Media, Aran bürosu