Qəbələdə çağırışçı gənclər hərbi xidmətə yola salınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Heydər Əliyev parkında keçirilən tədbirdə çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük müharibədə Azərbaycan oğullarının igidliklərindən bəhs ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü və qüdrətli ordusuna çevrildiyi diqqətə çatdırılıb, gənclərə bu şərəfli missiyanın yerinə yetirilməsində uğurlar dilənib.
Tədbir gənclərin rəqsləri və musiqi ilə davam edib.
Sonda çağırışçı gənclər Azərbaycan bayrağı qarşısında baş əyərək böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola salınıb.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu