Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib.

Bizim.Media Kənan Seyidovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edildi - FOTO


Kənan Əlihüseyn oğlu Seyidov 23.12.1974-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.

O, uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 24 iyun 2003-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə,  24 iyun 2006-cı ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.

2016-cı ilin 2-5 aprelində Azərbaycan–Ermənistan arasında baş verən silahlı toqquşma zamanı fərqlənib, 20 aprel 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib.

Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. Xüsusi xidmətləri nəzərə alınaraq Vətən Müharibəsi Qəhrəmanı adı verilib, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli 2300 nömrəli sərəncamı ilə Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilib.

23 iyun 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun Komandiri vəzifəsinə təyin edilib.

K. Seyidov 5-ci Ordu Korpusunun Komandiri olduğu müddətdə — noyabr 2021-ci ildə, aprel 2023-cü ildə və may 2023-cü ildə Azərbaycan–Ermənistan sərhədində baş verən silahlı toqquşmaların həllində rol alıb. 2021-ci ilin iyununda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2023-cü ilin noyabrında isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Kənan Seyidov müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə də təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik edib

Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik edib

İlham Əliyev Vladimir Putini TƏBRİK edib

İlham Əliyev Vladimir Putini TƏBRİK edib

İlham Əliyev Filippin Prezidentini təbrik edib

İlham Əliyev Filippin Prezidentini təbrik edib

Bakıda 23 yaşlı qız nişanlısı tərəfindən DÖYÜLDÜ

Bakıda 23 yaşlı qız nişanlısı tərəfindən DÖYÜLDÜ

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Qarabağa köçmüş sakinlərin məhsulları yarmarkaya çıxarıldı – FOTO/VİDEO

Qarabağa köçmüş sakinlərin məhsulları yarmarkaya çıxarıldı – FOTO/VİDEO

Yayda azərbaycanlıların ən çox getdiyi ölkələr - SİYAHI

Yayda azərbaycanlıların ən çox getdiyi ölkələr - SİYAHI

Bu ərazilərdə QAZ yoxdur

Bu ərazilərdə QAZ yoxdur

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Kondisionersiz evi sərin saxlamağın yolları

Kondisionersiz evi sərin saxlamağın yolları

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

End of content

No more pages to load

RADİO