Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən üç siyasi partiyanın növbədənkənar parlament seçkilərində iştirakı üçün səlahiyyətli nümayəndələri qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib.
MSK katibi Arifə Muxtarova qeyd edib ki, Respublikaçı Alternativ (REAL), “Ağ” Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının seçkilərdə səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qərar səsə qoyularaq qəbul edilib.
Məhərrəm Əliyev, Bizim.Media