Biləsuvar rayonunda şəkər çuğunduru sahəsi 2 dəfədən çox artıb.
Bizim.Media xəbər verir ki, əlverişli iqlim şəraiti bu sahəyə fermer marağını xeyli artırıb.
Ötən il rayonda şəkər çuğunduru əkini 198 hektarda aparılsa da, bu il əkin sahələri 445 hektara çatdırılıb ki, bu da illik müqayisədə 2,25 dəfə çoxdur.
Şəkər çuğundurunun məhsuldarlığı isə ötən il hektara 265,9 sentner olub.
Sabutay, Bizim Media, Cənub bürosu