Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçiriləcək - FOTO

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçiriləcək. Bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunur. 

Bizim.Media xəbər verir ki, tədbir ekoloji nəqliyyat vasitələrinin təbliği və onların üstünlüklərinin nümayişi məqsədini daşıyır.

Ekoloji nəqliyyat vasitələrinin əhəmiyyətini vurğulamaq və cəmiyyətə onların üstünlüklərini çatdırmaq üçün böyük bir imkan yaradacaq Festival Ağ Şəhərdə başlayacaq. Orada planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənəcək. 

Festivalın məqsədi elektrik avtomobil həvəskarlarını, eləcə də elektrik maşınları ilə bağlı tərəddüd edən insanları bir araya gətirmək, ekoloji təmiz mühitdə yaşamaq üçün elektrik avtomobillərinin  əhəmiyyətini göstərməkdir.

Qeyd edək ki, elektrik avtomobilləri sıfır emissiya ilə işləyərək karbon dioksid (CO2) və digər zərərli qazların atmosferə buraxılmasının qarşısını alır.

Bu, iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım olmaqla yanaşı, hava keyfiyyətini artıraraq insanların sağlamlığına xidmət edir.

Festivalda iştirak edərək dünyamız və ətraf mühit üçün faydalı bir tədbirin parçası olmaq istəyən elektrik avtomobillərinin sahibləri iyulun 5-dək Azərbaycan Avtomobil Federasiyasının [email protected] elektron ünvanı və ya +994502950100 mobil nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Həm ekologiya, həm də mədəniyyət sahəsində böyük əhəmiyyət kəsb edən Festivalda  musiqili proqram təqdim olunacaq və müxtəlif nominasiyalarda qaliblər təltif ediləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropalı diplomat Bakıdakı məhsuldar görüşün detallarını YAZDI

Avropalı diplomat Bakıdakı məhsuldar görüşün detallarını YAZDI

Azərbaycanda aeroportların idarəetməsi özəl sahibkarlara KEÇƏ BİLƏR

Azərbaycanda aeroportların idarəetməsi özəl sahibkarlara KEÇƏ BİLƏR

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü – Faktiki hava

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü – Faktiki hava

Xəzərdən möhtəşəm görüntülər: Dəniz xüsusi təyinatlıları şərti terrorçuları belə məhv etdi – FOTO/VİDEO

Xəzərdən möhtəşəm görüntülər: Dəniz xüsusi təyinatlıları şərti terrorçuları belə məhv etdi – FOTO/VİDEO

“Karvan-Yevlax” daha bir futbolçunu yola saldı

“Karvan-Yevlax” daha bir futbolçunu yola saldı

Netanyahudan İlham Əliyevə təbrik MƏKTUBU

Netanyahudan İlham Əliyevə təbrik MƏKTUBU

Prezident hava limanlarının idarə edilməsi qaydasını təsdiqlədi - FƏRMAN

Prezident hava limanlarının idarə edilməsi qaydasını təsdiqlədi - FƏRMAN

Baş nazir 321 hektar torpaq sahəsi ilə bağlı ƏMR İMZALADI

Baş nazir 321 hektar torpaq sahəsi ilə bağlı ƏMR İMZALADI

Qusarda polis çaya düşən uşağı xilas etdi - VİDEO

Qusarda polis çaya düşən uşağı xilas etdi - VİDEO

Ötən il Azərbaycanda 1 000-ə yaxın saxta pul aşkarlanıb

Ötən il Azərbaycanda 1 000-ə yaxın saxta pul aşkarlanıb

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

İsti havalarda banan niyə tövsiyə olunur? – Araşdırma

İsti havalarda banan niyə tövsiyə olunur? – Araşdırma

“Facebook” və “Instagram” ÇÖKDÜ

“Facebook” və “Instagram” ÇÖKDÜ

Xərçəng xəstəliyi artır -2050-ci il üçün proqnozlar açıqlandı

Xərçəng xəstəliyi artır -2050-ci il üçün proqnozlar açıqlandı

Kamilo Duranın sabiq komanda yoldaşı “Qarabağ”da oynayacaq

Kamilo Duranın sabiq komanda yoldaşı “Qarabağ”da oynayacaq

Bakıda qadın evində ölü tapıldı

Bakıda qadın evində ölü tapıldı

Azərbaycanla bu ölkə arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilir

Azərbaycanla bu ölkə arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilir

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Ən bahalı rəsmlərin müəllifi vəfat etdi

Ən bahalı rəsmlərin müəllifi vəfat etdi

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

AMB ötən il 3 bankı cərimələyib

AMB ötən il 3 bankı cərimələyib

Metroda itən əşyaların aqibəti necə olur?

Metroda itən əşyaların aqibəti necə olur?

"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO

"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO

Azərbaycanda ötən il 1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb

Azərbaycanda ötən il 1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb

End of content

No more pages to load

RADİO