Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb.
Bizim.Media xəbər verir ki, hadisə zamanı avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Məmmədli Aygül Nadir qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Bizim.Media