Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verdi - FOTO/VİDEO

İyunun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə MSK-nın sədri M.Pənahov Komissiya üzvlərini Azərbaycan Respublikası Prezidentinin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı ilə tanış edib. 

O bildirib ki, dövlət başçısının Sərəncamı ilə seçkilər 2024-cü il sentyabrın 1-nə təyin olunub.

Sonra seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl, sistemli və keyfiyyətlə icra olunması, onlara metodiki yardım göstərilməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə seçki prosesinin bütün başlıca mərhələlərini əhatə edən zəruri məqamların əks olunduğu Təqvim planı Komissiya üzvlərinin müzakirəsinə təqdim edilib. Sözügedən mühüm seçki sənədinin hər bir hissəsi ayrı-ayrılıqda diqqətə çatdırılıb və aparılan müzakirələrin ardınca təsdiq olunması qərara alınıb.

İclasda daha sonra qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb və 9 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılmasına qərar verilib. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.

Komissiyanın iclasında, həmçinin deputatlığa namizədliyin qeydə alınması məsələsinə MSK-da baxılması zərurəti yarandığı halda müvafiq sənəd və məlumatların yenidən yoxlanılması məqsədilə Komissiya nəzdində aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və MSK-nın üzvü İşçi qrupunun rəhbəri təyin olunub.
Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə baxılıb.
 






Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarın kəndində bayram əhval-ruhiyəsi: sakinlərin su problemi həll olundu - FOTO

Qusarın kəndində bayram əhval-ruhiyəsi: sakinlərin su problemi həll olundu - FOTO

Əraqçi: Sülhə heç vaxt olmadığı qədər yaxınıq

Əraqçi: Sülhə heç vaxt olmadığı qədər yaxınıq

Fuat Oktay Azərbaycan Prezidentini və xalqını TƏBRİK ETDİ

Fuat Oktay Azərbaycan Prezidentini və xalqını TƏBRİK ETDİ

“Zirə” Ozobiçlə razılığa gəldi

“Zirə” Ozobiçlə razılığa gəldi

Qarayev və Axundovun “PAPAQ MÜHARİBƏSİ” – Tarixi baş geyimimiz necə SIRADAN ÇIXARILDI?

Qarayev və Axundovun “PAPAQ MÜHARİBƏSİ” – Tarixi baş geyimimiz necə SIRADAN ÇIXARILDI?

Ağdamda çayı keçməyə çalışan avtomobil seldə batdı - FOTO

Ağdamda çayı keçməyə çalışan avtomobil seldə batdı - FOTO

Tramp İranı saxta xəbərlər yaymaqda GÜNAHLANDIRDI

Tramp İranı saxta xəbərlər yaymaqda GÜNAHLANDIRDI

Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR - FOTO

Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR - FOTO

"Sədərək"də biznesmen bıçaqlandı

"Sədərək"də biznesmen bıçaqlandı

Putin: Ukraynaya qarşı cavab zərbələrini artıracağıq

Putin: Ukraynaya qarşı cavab zərbələrini artıracağıq

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - FOTO

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - FOTO

Azərbaycanlı futbolçu Slovakiya klubunda

Azərbaycanlı futbolçu Slovakiya klubunda

Rüfət Səfərova hökm oxundu

Rüfət Səfərova hökm oxundu

Avropalı diplomat Bakıdakı məhsuldar görüşün detallarını YAZDI

Avropalı diplomat Bakıdakı məhsuldar görüşün detallarını YAZDI

Azərbaycanda aeroportların idarəetməsi özəl sahibkarlara KEÇƏ BİLƏR

Azərbaycanda aeroportların idarəetməsi özəl sahibkarlara KEÇƏ BİLƏR

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü – Faktiki hava

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü – Faktiki hava

Xəzərdən möhtəşəm görüntülər: Dəniz xüsusi təyinatlıları şərti terrorçuları belə məhv etdi – FOTO/VİDEO

Xəzərdən möhtəşəm görüntülər: Dəniz xüsusi təyinatlıları şərti terrorçuları belə məhv etdi – FOTO/VİDEO

“Karvan-Yevlax” daha bir futbolçunu yola saldı

“Karvan-Yevlax” daha bir futbolçunu yola saldı

Netanyahudan İlham Əliyevə təbrik MƏKTUBU

Netanyahudan İlham Əliyevə təbrik MƏKTUBU

Prezident hava limanlarının idarə edilməsi qaydasını təsdiqlədi - FƏRMAN

Prezident hava limanlarının idarə edilməsi qaydasını təsdiqlədi - FƏRMAN

Baş nazir 321 hektar torpaq sahəsi ilə bağlı ƏMR İMZALADI

Baş nazir 321 hektar torpaq sahəsi ilə bağlı ƏMR İMZALADI

Qusarda polis çaya düşən uşağı xilas etdi - VİDEO

Qusarda polis çaya düşən uşağı xilas etdi - VİDEO

Ötən il Azərbaycanda 1 000-ə yaxın saxta pul aşkarlanıb

Ötən il Azərbaycanda 1 000-ə yaxın saxta pul aşkarlanıb

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO