Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK-nın nəzdində ekspert qrupu və işçi qrupunun yaradılması məsələsi müzakirəyə çıxarılıb və səsvermə yolu ilə qərar qəbul edilib.
Qərarla MSK üzvləri Şaitdin Əliyev, Baxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Ramiz İbrahimov, Validə Kazımova ekspert qrupunun siyahısına daxil ediliblər.
Bizim.Media