İlk dondurma harada və necə hazırlanıb? – MARAQLI DETALLAR

Yay aylarının ən çox sevilən qidası dondurmadır. Bu südlü məhsula yaşından asılı olmayaraq heç kim laqeyd qala bilmir.

Bəs, dondurma necə yaranıb?

Əvvəla ondan başlayaq ki, bu gün dondurma hamı üçün əlçatandır. Nəinki mağazalarda, hətta küçələrdə belə dondurma satılır. Lakin hər zaman belə olmayıb. Əvvəllər domdurma əldə etmək çox çətin olub. Ona görə də bəzi inanlar bu ləzzətli qidanın həyəcanını yaşamaq üçüm evdə kustar yolla dondurma hazırlayıb.

Ümumilikdə isə ilk dondurma iki min il əvvəl hazırlanıb. Tədqiqatçılar deyir ki, qədim çinlilər sərinləmək, yemək, daha doğrusu içmək üçün Asiya camışının buzlu südündən kamfora dadlı şirin içki hazırlayırdılar. Bu indiki dondurmaya daha çox bənzəyirdi. Böyük fateh Makedoniyalı İskəndər bal ilə qarı və yaxud buzu qarışdırıb yeməyi çox xoşlayırmış. Roma imperatoru Neron isə meyvə və şirələrlə qarışdırılmış qara üstünlük verirdi.

Ona görə də dünyada ilk dondurmanın şərbət halında olması şübhə doğurmur. Yüz illər əvvəl türklər şərbəti müxtəlif çiçəklərdən, o cümlədən qızılgül və yasəməndən, eləcə də hər cür ədviyyatlar əlavə edilərək meyvələrdən hazırlayırdı. Desert üçün buzdan da istifadə edilirdi. Təxminən eyni vaxtda, 13-cü əsrdə Hindistanda kulfi ortaya çıxdı. Himalaydan buz və qarla soyudulmuş qatılaşdırılmış süd, püstə və zəfəranın qarışığından ilk dondurma hazırlandı.

Türklərin dondurulmuş əriştəsi

Qədim türk dövlətlərində ənənəvi dondurma hazırlanırdı. Yarı dondurulmuş vermişel-əriştə qızılgül suyu və şərbətlə qarışdırılırdı. Bu dondurmanın üstü əhəng suyu, zəfəran və qoz qırıntıları ilə bəzədilirdi.

Dünyanın ən qəribə dondurması

Qəribə dadlı dondurmalara daha çox Yaponiyada rast gəlmək olar. Asiya ölkəsində reyhan, badımcan və istiridyə dondurmasını, həmçinin ilan balığı, mal dili, kömür və hind köri ləzzətli dondurmanı dadmaq olar.

Vaflili dondurma

Çoxlarının sevdiyi vaflili dondurma XX əsrin əvvəllərində bir qəza nəticəsində ortaya çıxıb. 1904-cü ildə Sent-Luisdə keçirilən Ümumdünya Sərgisində əslən Dəməşqdən olan satıcı Ernest Hamvi yumşaq vafliyə bir qədər bənzəyən zalabiya adlı Yaxın Şərq xəmirini satırmış. Qonşusu, dondurma satıcısının qəfildən yemək qabları qurtarır. Bu zaman o zalabiyanı konus halına gətirir və içini dondurma ilə doldurur. Beləcə vaflili dondurma meydana gəlir.

Dünyanın ən böyük dondurması

Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən böyük dondurması 2015-ci ildə Kristiansand şəhərində Norveçin “Hennig-Olsen Is AS” dondurma fabriki tərəfindən hazırlanıb. Vafli konusunun hündürlüyü 3 metr 8 santimetr, çəkisi isə demək olar ki, 96 kiloqram olub. Bunun da 40 kiloqramı mürəbbə olub. Rekord qeydə alındıqdan sonra dondurma vertolyotla yerli limandakı Tall Ship Regatta gəmisinə çatdırılıb.

Dondurmanı ən çox harada yeyirlər?

Yeni Zelandiya ən çox dondurma yeyən ölkədir. Ölkədə sakinlər ildə 28 litrdən çox dondurulmuş süd məhsulu istehlak edir. İkinci yerdə adambaşına 21 litrlə ABŞ qərarlaşıb. Avstraliya isə ildə 18 litrlə üçüncü yerdədir.

Dünyada ən məşhur dondurma hansıdır?

Vanilli dondurma dünyada ən populyar hesab olunur. Vanilli dondurma XVIII əsrin ortalarında fransızlar tərəfindən icad edilib. Tomas Cefferson Amerikanın Fransada naziri olarkən vanil dondurmasını o qədər çox sevirdi ki, hətta onun reseptini belə yazdı. Hazırda həmin respet ABŞ-ın Konqres Kitabxanasında saxlanılır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropalı diplomat Bakıdakı məhsuldar görüşün detallarını YAZDI

Avropalı diplomat Bakıdakı məhsuldar görüşün detallarını YAZDI

Azərbaycanda aeroportların idarəetməsi özəl sahibkarlara KEÇƏ BİLƏR

Azərbaycanda aeroportların idarəetməsi özəl sahibkarlara KEÇƏ BİLƏR

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü – Faktiki hava

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü – Faktiki hava

Xəzərdən möhtəşəm görüntülər: Dəniz xüsusi təyinatlıları şərti terrorçuları belə məhv etdi – FOTO/VİDEO

Xəzərdən möhtəşəm görüntülər: Dəniz xüsusi təyinatlıları şərti terrorçuları belə məhv etdi – FOTO/VİDEO

“Karvan-Yevlax” daha bir futbolçunu yola saldı

“Karvan-Yevlax” daha bir futbolçunu yola saldı

Netanyahudan İlham Əliyevə təbrik MƏKTUBU

Netanyahudan İlham Əliyevə təbrik MƏKTUBU

Prezident hava limanlarının idarə edilməsi qaydasını təsdiqlədi - FƏRMAN

Prezident hava limanlarının idarə edilməsi qaydasını təsdiqlədi - FƏRMAN

Baş nazir 321 hektar torpaq sahəsi ilə bağlı ƏMR İMZALADI

Baş nazir 321 hektar torpaq sahəsi ilə bağlı ƏMR İMZALADI

Qusarda polis çaya düşən uşağı xilas etdi - VİDEO

Qusarda polis çaya düşən uşağı xilas etdi - VİDEO

Ötən il Azərbaycanda 1 000-ə yaxın saxta pul aşkarlanıb

Ötən il Azərbaycanda 1 000-ə yaxın saxta pul aşkarlanıb

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

İsti havalarda banan niyə tövsiyə olunur? – Araşdırma

İsti havalarda banan niyə tövsiyə olunur? – Araşdırma

“Facebook” və “Instagram” ÇÖKDÜ

“Facebook” və “Instagram” ÇÖKDÜ

Xərçəng xəstəliyi artır -2050-ci il üçün proqnozlar açıqlandı

Xərçəng xəstəliyi artır -2050-ci il üçün proqnozlar açıqlandı

Kamilo Duranın sabiq komanda yoldaşı “Qarabağ”da oynayacaq

Kamilo Duranın sabiq komanda yoldaşı “Qarabağ”da oynayacaq

Bakıda qadın evində ölü tapıldı

Bakıda qadın evində ölü tapıldı

Azərbaycanla bu ölkə arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilir

Azərbaycanla bu ölkə arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilir

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Ən bahalı rəsmlərin müəllifi vəfat etdi

Ən bahalı rəsmlərin müəllifi vəfat etdi

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

AMB ötən il 3 bankı cərimələyib

AMB ötən il 3 bankı cərimələyib

Metroda itən əşyaların aqibəti necə olur?

Metroda itən əşyaların aqibəti necə olur?

"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO

"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO

Azərbaycanda ötən il 1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb

Azərbaycanda ötən il 1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb

End of content

No more pages to load

RADİO