Füzuli küçəsində avtobus zolağı niyə sona qədər ÇƏKİLMƏYİB? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

Bu çərçivədə ötən həftə Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməyədək) hərəkət zolaqları təşkil edilib. Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Amma diqqət çəkən məqam odur ki, avtobus zolağının çəkilişi küçənin sonuna qədər davam etdirilməyib.

Bu da sürücülər arasında çaşqınlıq yaradıb.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Bakıda ilk avtobus zolağı 2017-ci ildə məhz bu küçədə yaradılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Bakının mərkəzində daha bir küçədə avtobus zolağı salınıb - FOTO


“Amma sonrakı illərdə zolaqlar pozulub gedib. Bu gün AYNA həmin zolaqları bərpa edir. Bu pis niyyət deyil. Amma nişanlanmanın sona qədər aparılmaması bir qədər təəccüblüdür. Çünki Füzuli küçəsi elə də böyük ərazi deyil. Üstəlik, nişanlamanın sona qədər aparılmaması çaşqınlıq yaradır”.

Ərşad Hüseynov onu da diqqətə çatdırıb ki, avtobus zolaqlarının bir-biri ilə əlaqələdirilməsi yaxşı olardı:

“Bu həm ictimai nəqliyyatın rahat hərəkətinə imkan verər, həm də sürücülərin məsuliyyətini artırar. Amma bəzən bunu reallıqda görə bilmirik. Füzuli Küçəsindən Şıxəli Qurbanov küçəsinə dönəndə də avtobus zolağı yoxdur. Amma bir az gedəndən sonra “Azad qadın” heykəlinin yanından başlayaraq Tbilisi prospektinə qədər zolaq var. Yenə də Tbilisi prospektində avtobus zolağı yoxdur. Niyə?

Yaxşı olardı ki, bütün avtobus zolaqlarının zəncirvari əlaqələndirilməsi aparılardı. O zaman, yəqin ki, biz tam fərqli mənzərə görə bilərdik”.

Avtobus zolağı sona qədər çəkiləcək?

Məsələ ilə bağlı AYNA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, zolaqların təşkili küçənin sonuna qədər davam etdiriləcək:

“Hazırda paytaxtda 21 küçə və prospektdə uzunluğu 64,7 km olan xüsusi hərəkət zolaqları təşkil edilib. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə daha 31 küçə və prospektdə bu işlər həyata keçiriləcək. Yaxın günlərdə daha bir neçə küçəni əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkilinə başlanılacaq.

Qeyd edək ki, avtobusla sərnişindaşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişin daşınmasına imkan yaradır, marşrutlarda intervalların qorunmasını təmin edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər”

Prezident: “Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər”

Sosial şəbəkə üçün video çəkərkən həyatını itirdi – ANBAAN VİDEO

Sosial şəbəkə üçün video çəkərkən həyatını itirdi – ANBAAN VİDEO

İlham Əliyev Kral III Çarlzı təbrik edib

İlham Əliyev Kral III Çarlzı təbrik edib

Emin Əmrullayev: “Müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur”

Emin Əmrullayev: “Müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur”

O, Kəlbəcərin ilk və tək məzunudur - FOTO

O, Kəlbəcərin ilk və tək məzunudur - FOTO

Hindistana məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb

Hindistana məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb

Milli rəqslərlə “Son zəng” – Xaçmazda maraqlı anlar yaşandı -FOTO/VİDEO

Milli rəqslərlə “Son zəng” – Xaçmazda maraqlı anlar yaşandı -FOTO/VİDEO

Nazir məzunlarla ”Yallı” getdi – VİDEO

Nazir məzunlarla ”Yallı” getdi – VİDEO

Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır

Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır

Azərbaycanlı müğənni 340 minlik maşını ilə görüntüləndi - VİDEO

Azərbaycanlı müğənni 340 minlik maşını ilə görüntüləndi - VİDEO

Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş...

Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş...

“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” — Tolikdən sərt AÇIQLAMA

“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” — Tolikdən sərt AÇIQLAMA

Nazir məzunları təbrik etdi – “Bu gün həyatınızın yeni mərhələsi başlayır”

Nazir məzunları təbrik etdi – “Bu gün həyatınızın yeni mərhələsi başlayır”

Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı

Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı

Tramp Əraqçinin postunu paylaşdı - FOTO

Tramp Əraqçinin postunu paylaşdı - FOTO

Türkiyə Ermənistanla sərhədi açdı

Türkiyə Ermənistanla sərhədi açdı

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

End of content

No more pages to load

RADİO