Məşhur ailənin evindən növbəti oğurluq - FOTO

Azərbaycanda məşhur Kəngərlilər nəslinə məxsus evlərdən birindən yenidən oğurluq hadisəsi olub. Altı il əvvəl 1 milyon 200 min manatlıq oğurluğa məruz qaldığını deyən ailənin, bu dəfə 20 minə yaxın pulu oğurlanıb.

Bizim.Media qafqazinfo.az-a istiandən xəbər verir ki, oğurluq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva - Kəngərlinin evindən edilib.

G.Əliyevanın Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən villasında işləyən tibb bacısı, 1988-ci il təvəllüdlü G.Təhməzovanın evdəki çantadan 19 300 manat oğurladığı məlum olub. Belə ki, G.Əliyevanın anası, AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın baxıcısı işləyən G.Təhməzova barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Xeyli miqdarda oğurluq) maddəsi ilə iş açılıb. İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib və iyunun 14-də hökm oxunub.

Məhkəmə iclasında G.Təhməzova törətdiyi əməli etiraf edib və oğurladığı pulları geri qaytardığını deyib: “2022-ci ilin sentyabr ayından Gülşən xanımın Pirşağıdakı 4 mərtəbəli bağ evində həm xadimə, həm də tibb bacısı kimi işləmişəm, insult keçirmiş anası Aybəniz xanıma baxmışam.

Məndən başqa, evdə daha iki xanım da tibb bacısı kimi işləyərək Aybəniz xanıma nəzarət edirdi. 5 sentyabr 2023-cü ildə evdə Aybəniz xanımla tək olduğum vaxt dolabda əl çantasından 19 300 manat götürdüm. Mənə az əməkhaqqı verilməsi səbəbindən aqressiv olmuşam, bu səbəbdən də həmin pulları çantadan götürmüşəm”.

Araşdırmalar zamanı məlum olub ki, G.Təhməzova pulun böyük hissəsini yaxın münasibətdə olduğu şəxsə verib. İşin üstü açıldıqdan sonra isə o, bütün pulları polisin vasitəsilə geri qaytarıb.

Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, peşmanlıq hissi duymasını, dəymiş zərəri ödəməsini, qarşı tərəfin şikayətini geri götürməsini nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verib. 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilən G.Təhməzovaya elektron qolbaq tətbiq edilib və polisin nəzarəti altına verilib.

Qeyd edək ki, Aybəniz Əliyeva-Kəngərli bir müddət AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini də tutub. Onlar məşhur Kəngərlilər nəslindəndirlər.
Onu da əlavə edək ki, bir neçə il əvvəl ailənin Nəsimi rayonunda yaşadığı evdən də xidmətçi 536 min ABŞ dolları (912 min AZN), 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamışdı.

Həmin vaxt xadimə X.Zeynalova və onun tanışı barəsində də cinayət işi açılmış və hər iki şəxs məhkum edilmişdi.

Ailədən bildirilib ki, Gülşən Əliyeva-Kəngərli və Aybəniz Əliyeva-Kəngərli hazırda qeyd edilən vəzifələrdə çalışmırlar.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər”

Prezident: “Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər”

Sosial şəbəkə üçün video çəkərkən həyatını itirdi – ANBAAN VİDEO

Sosial şəbəkə üçün video çəkərkən həyatını itirdi – ANBAAN VİDEO

İlham Əliyev Kral III Çarlzı təbrik edib

İlham Əliyev Kral III Çarlzı təbrik edib

Emin Əmrullayev: “Müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur”

Emin Əmrullayev: “Müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur”

O, Kəlbəcərin ilk və tək məzunudur - FOTO

O, Kəlbəcərin ilk və tək məzunudur - FOTO

Hindistana məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb

Hindistana məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb

Milli rəqslərlə “Son zəng” – Xaçmazda maraqlı anlar yaşandı -FOTO/VİDEO

Milli rəqslərlə “Son zəng” – Xaçmazda maraqlı anlar yaşandı -FOTO/VİDEO

Nazir məzunlarla ”Yallı” getdi – VİDEO

Nazir məzunlarla ”Yallı” getdi – VİDEO

Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır

Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır

Azərbaycanlı müğənni 340 minlik maşını ilə görüntüləndi - VİDEO

Azərbaycanlı müğənni 340 minlik maşını ilə görüntüləndi - VİDEO

Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş...

Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş...

“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” — Tolikdən sərt AÇIQLAMA

“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” — Tolikdən sərt AÇIQLAMA

Nazir məzunları təbrik etdi – “Bu gün həyatınızın yeni mərhələsi başlayır”

Nazir məzunları təbrik etdi – “Bu gün həyatınızın yeni mərhələsi başlayır”

Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı

Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı

Tramp Əraqçinin postunu paylaşdı - FOTO

Tramp Əraqçinin postunu paylaşdı - FOTO

Türkiyə Ermənistanla sərhədi açdı

Türkiyə Ermənistanla sərhədi açdı

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

End of content

No more pages to load

RADİO