Qubada bir neçə gün əvvəl sel sularının dağıtdığı yolların bərpasına başlanılıb.
11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, selin dağıtdığı Qarxun-Yerfi-Adur-Qonaqkənd-Xaltan istiqamətindəki yolların gediş-gəliş üçün müvəqqəti açılması təmin edilib.
Bu gündən həmin istiqamətlərdə yolların yenidən bərpa edilməsinə start verilib. Bununla belə, bölgədə dəyişkən hava şəraiti davam edir. Ötən gün Xaltan-Çarxaçu kəndlərinə yağan yağış Çarxaçu çayında suyun artmasına səbəb olub. Görülən tədbirlərlə baş verə biləcək fəsadın qarşısı alınıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu