DTX-dən əməliyyat: Prezident və məmurların adından saxta müraciət yayanlar ifşa edildi

Kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb.

Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.

Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fikri Ataoğlu: “Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir”

Fikri Ataoğlu: “Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir”

Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu

Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu

Atasının hədiyyəsi gəlin köçən qızı AĞLATDI - VİDEO

Atasının hədiyyəsi gəlin köçən qızı AĞLATDI - VİDEO

Polşada azərbaycanlı sürücüyə HÜCUM OLDU – ŞOK görüntülər

Polşada azərbaycanlı sürücüyə HÜCUM OLDU – ŞOK görüntülər

Ən çox yalan danışan BÜRCLƏR

Ən çox yalan danışan BÜRCLƏR

XİN-dən Birləşmiş Krallığa təbrik mesajı - FOTO

XİN-dən Birləşmiş Krallığa təbrik mesajı - FOTO

Polad Həşimov və Arəstə Baxışovanın övladları da məktəblə vidalaşdı

Polad Həşimov və Arəstə Baxışovanın övladları da məktəblə vidalaşdı

Yeni Yasamalda bədbəxt hadisə - Qadın həyatını itirdi

Yeni Yasamalda bədbəxt hadisə - Qadın həyatını itirdi

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb - FOTO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb - FOTO

Cennifer Lopez Paris küçələrində kameraya tuş gəldi - VİDEO

Cennifer Lopez Paris küçələrində kameraya tuş gəldi - VİDEO

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Sərvəti ölkə büdcələri ilə müqayisə olunan azərbaycanlı

Sərvəti ölkə büdcələri ilə müqayisə olunan azərbaycanlı

“Baharın on yeddi anı”nın əfsanəvi aktyoru HƏYATINI İTİRDİ

“Baharın on yeddi anı”nın əfsanəvi aktyoru HƏYATINI İTİRDİ

Bred Pittin oğlu atasının soyadından imtina etdi

Bred Pittin oğlu atasının soyadından imtina etdi

Prezident: “Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər”

Prezident: “Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər”

Sosial şəbəkə üçün video çəkərkən həyatını itirdi – ANBAAN VİDEO

Sosial şəbəkə üçün video çəkərkən həyatını itirdi – ANBAAN VİDEO

İlham Əliyev Kral III Çarlzı təbrik edib

İlham Əliyev Kral III Çarlzı təbrik edib

Emin Əmrullayev: “Müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur”

Emin Əmrullayev: “Müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur”

O, Kəlbəcərin ilk və tək məzunudur - FOTO

O, Kəlbəcərin ilk və tək məzunudur - FOTO

Hindistana məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb

Hindistana məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb

Milli rəqslərlə “Son zəng” – Xaçmazda maraqlı anlar yaşandı -FOTO/VİDEO

Milli rəqslərlə “Son zəng” – Xaçmazda maraqlı anlar yaşandı -FOTO/VİDEO

Nazir məzunlarla ”Yallı” getdi – VİDEO

Nazir məzunlarla ”Yallı” getdi – VİDEO

Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır

Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır

End of content

No more pages to load

RADİO