Bakı metrosu yay qrafikinə KEÇİR 

Yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək. 

Bizim.Media “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək. 

Hər iş günü qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər interval 2,5 dəqiqə təşkil edəcək. 

İş günlərində sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq. 

Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək. 

Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək. Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək. 

Sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. Stansiyaların sərnişindaşıma prosesinə cəlb edilən qurğu və avadanlıqlarının, o cümlədən eskalatorların iş rejimi diqqətdə saxlanılmaqla, zəruri olan tənzimləmələr nəzərə alınacaq. 
Xətlərin “28 May” stansiyasında birləşməsi, iki xəttin cəmi bir elektrik deposunun olması və onun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və yaxud “İçərişəhər” istiqamətində hərəkətini müşahidə edə bilər. Bununla yanaşı, qatarların texniki qulluq məqsədilə “Nərimanov” stansiyasından elektrik deposuna yola salınması və həmçinin “Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədar “Ulduz-Həzi Aslanov” sahəsində intervallar daha çox ola bilər. 

İyunun 20-də “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunacaq. 

Yeni tədris mövsümünün əvvəlində Bakı metropolitenində payız-qış qrafikinin tətbiqinə başlanılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

Tramp və Zelenski Fransada görüşə bilər

Tramp və Zelenski Fransada görüşə bilər

Çexiya Tayvanın müstəqilliyini tanımaqdan İMTİNA ETDİ

Çexiya Tayvanın müstəqilliyini tanımaqdan İMTİNA ETDİ

"O qədər imkanı var, məndən pulsuz bilet istəyir" - VİDEO

"O qədər imkanı var, məndən pulsuz bilet istəyir" - VİDEO

Niyyəti xoş, dili "zəhər" olan BÜRCLƏR

Niyyəti xoş, dili "zəhər" olan BÜRCLƏR

Flora Kərimova xəstəxanaya yerləşdirildi — FOTO

Flora Kərimova xəstəxanaya yerləşdirildi FOTO

Toylarda spirtli içkilər qadağan edilə bilərmi?

Toylarda spirtli içkilər qadağan edilə bilərmi?

Kürdəmirdə ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Kürdəmirdə ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

SAXAL Livanda 70-dən çox hərbi obyekti VURDU

SAXAL Livanda 70-dən çox hərbi obyekti VURDU

Qətər İrana 12 milyard dollar TƏKLİF ETDİ

Qətər İrana 12 milyard dollar TƏKLİF ETDİ

Ukraynalı boksçu Usik Trampla görüşdü

Ukraynalı boksçu Usik Trampla görüşdü

Azərbaycan atleti Nazim Babayev karyerasını başa vurdu - FOTO

Azərbaycan atleti Nazim Babayev karyerasını başa vurdu - FOTO

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

Şabranda kişi evinin həyətində ölü tapıldı

Şabranda kişi evinin həyətində ölü tapıldı

Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"

Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"

Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO

Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO

End of content

No more pages to load

RADİO