Ağdamın “Qarabağ”x9d klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu Madridin “Atletiko”x9d kollektivi ilə keçirib.
Moderator.az xəbər verir ki, baş hakim Stefan Klossnerin idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu matçın ilk hissəsinin 45-ci dəqiqəsində Azərbaycan çempionunun heyətində Yaroslav Deda vurub. Bununla da “C”x9d qrupunda yer alan “Qarabağ”x9d ilk qələbəsini qazanıb.
Qeyd edək ki, bu qrupda “Çelsi”x9d, “Roma”x9d və “Atletiko”x9d kollektivləri altı xalla birinci, ikinci və üçüncü yerləri bölüşürlər. “Qarabağ”x9d isə üç xalla sonuncu pillədə qərarlaşıb.