Şəkidə bədbəxt hadisə vaş verib, rayon sakininin elektrik naqilləri ilə ehtiyatsız davranışı həyatı bahasına başa gəlib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Şin kənd sakini, 34 yaşlı Ağasəf Məmmədovu elektrik naqillərində cərəyan olduğu halda bilmədən iş apararkən vurub.
Aldığı xəsarətlərdən o yerindəcə ölüb.
Hadisənin təfərrüatları rayon prokurorluğunda araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu