3 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində bir nəfər vətəndaşın çimərkən suda batması barədə məlumat daxil olub və hadisə ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin dağlıc-axtarış qrupları dərhal axtarışlara cəlb olunub.
FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilmiş intensiv axtarış tədbirləri nəticəsində 6 iyun 2024-cü il tarixində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, 1952-ci il təvəllüdlü Piriyev Əli Məstan oğlunun cəsədi Kür çayının Salyan rayonu, Yuxarı Noxudlu kəndinin ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media