DYP səyahət turları təşkil edənlərə MÜRACİƏT ETDİ

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) avtomobillərlə səyahət turları təşkil edən şəxslərə müraciət edib.

Bu barədə Bizim.Media-ya idarədən məlumat verilib.

Bildirilib ki, hazırda səyahət məqsədilə regionlara təşkil olunan turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artmaqdadır:

“Belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə edilir. Lakin, təəssüf ki, əksər hallarda qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə, fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keşirmələri xahiş olunur.
Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi hallarının aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görülücək.

Ümidvarıq ki, səyahətdən öncə sağlamlığını düşünən hər bir şəxs verilən tövsiyələrə biganə qalmayacaq, daha təhlükəsiz gəzintiyə üstünlük verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada dəhşətli hadisə: Təşkilatçılar kəndiri bağlamağı unudub gənc qızı uçuruma atdılar - VİDEO

Braziliyada dəhşətli hadisə: Təşkilatçılar kəndiri bağlamağı unudub gənc qızı uçuruma atdılar - VİDEO

Tulaya PUA hücumu: "Azot" kimya zavodu vuruldu - VİDEO

Tulaya PUA hücumu: "Azot" kimya zavodu vuruldu - VİDEO

Bu gün rəqəminiz sizə nə vəd edir? — Fərdi numeroloji proqnozlar

Bu gün rəqəminiz sizə nə vəd edir? — Fərdi numeroloji proqnozlar

Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"

Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"

Peter Madyar: "Ukraynanın Aİ-yə daxil olması prosesi illərlə çəkə bilər"

Peter Madyar: "Ukraynanın Aİ-yə daxil olması prosesi illərlə çəkə bilər"

Bakıdan sonra ən çox səfər edilən şəhərlərimiz

Bakıdan sonra ən çox səfər edilən şəhərlərimiz

Gecə ərzində Rusiyada Ukraynaya məxsus 249 PUA məhv edilib

Gecə ərzində Rusiyada Ukraynaya məxsus 249 PUA məhv edilib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Almaniyalı nazir çıxışlarının üçdə birində süni intellektdən istifadə edib - FOTO

Almaniyalı nazir çıxışlarının üçdə birində süni intellektdən istifadə edib - FOTO

Mədəniyyət Nazirliyindən Hidayət Orucovun ailəsinə başsağlığı

Mədəniyyət Nazirliyindən Hidayət Orucovun ailəsinə başsağlığı

Ağdamda yanğın söndürüldü - İldırım düşmüşdü

Ağdamda yanğın söndürüldü - İldırım düşmüşdü

Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Rusiya Müdafiə Nazirliyinin adından yeni fırıldaqçılıq: Ordudan tərxis olunanlar hədəfdədir

Rusiya Müdafiə Nazirliyinin adından yeni fırıldaqçılıq: Ordudan tərxis olunanlar hədəfdədir

Bu günün hava proqnozu açıqlandı

Bu günün hava proqnozu açıqlandı

Tovuzdakı qəzada həyatını itirən qazinin FOTOSU

Tovuzdakı qəzada həyatını itirən qazinin FOTOSU

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başladı

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başladı

Qızıl və gümüşün SON qiyməti

Qızıl və gümüşün SON qiyməti

Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı - PUA hücumu var

Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı - PUA hücumu var

Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO

Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO

Türkiyədə inanılmaz hadisə: Küçə pişiyi tamaşa zamanı "ölən" Romeonu diriltməyə çalışdı - VİDEO

Türkiyədə inanılmaz hadisə: Küçə pişiyi tamaşa zamanı "ölən" Romeonu diriltməyə çalışdı - VİDEO

Tramp öz ad günündə İranla razılaşmaya imza atacaq?

Tramp öz ad günündə İranla razılaşmaya imza atacaq?

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Tramp G7 sammitində Zelenski ilə ayrıca görüşmək niyyətində deyil

Tramp G7 sammitində Zelenski ilə ayrıca görüşmək niyyətində deyil

ABŞ-la gizli razılaşma Tehranı QARIŞDIRDI: Xameneidən xalqa TƏCİLİ ÇAĞIRIŞ

ABŞ-la gizli razılaşma Tehranı QARIŞDIRDI: Xameneidən xalqa TƏCİLİ ÇAĞIRIŞ

End of content

No more pages to load

RADİO