Şəkidə Yaradıcılıq Festivalı keçiriləcək. Festival “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşəbbüsü ilə təşkil olunur.
Bizim.Media-nın yerli bürosu Regional Təhsil idarəsinə istinadən bildirir ki, mayın 29-da Şəki Olimpiya İdman Kompleksində keçiriləcək festivalda “STEAM” və peşə təmayüllü siniflərdə təhsil alan məktəblərin təqdimatı olacaq.
Festivalın keçirilməsində məqsəd məktəblilər arasında elm və texnologiyaya, həmçinin ekoloji problemlərin həllinə maraq oyatmaqdır.
Qeyd edilib ki, belə yaradıcılıq festivalları gənclərin praktiki bacarıqlarını inkişaf etdirmək və onları gələcək peşə həyatı üçün hazırlamaq baxımından əhəmiyyətlidir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu