Bu gün Şabran şəhərindəki Şəhidlər Xiyabanında Birinci Qarabağ Müharibəsində itkin düşmüş və bir neçə gün əvvəl qalıqları tapılan 3 şəhid dəfn olunacaq.
Bu barədə Bizim.Media-ya Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri Cəmiyyətinin Şabran filialının sədri Namiq Cümşüdov məlumat verib.
Həmin şəhidlərimiz 1973-cü il təvəllüdlü Cəmil İsa oğlu Şaxayev,1971-ci il təvəllüdlü Rahib Ağaseyid oğlu Mirzəyev və 1961-ci il Rza Qəzənfər oğlu Əmrullayevdir.
Şəhidlərin hər üçü Kəlbəcər ərazisində itkin düşüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu