“Bu gün Qarabağda muzeylərin yaradılması gündəmdədir. Arxeoloji parklar layihəsi, abidələrin ətrafında muzeylərin təşkil olunması layihələrinin ən optimal yeri Qarabağdır”.
Bizim.Media xəbər verir ki, bunu AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, layihələr təklif olunub:
"Bu gün Qarabağda çox böyük işlər aparılır. Qarabağ yenidən qurulur. Bütün tarixi abidələrin bərpası ortaya qoyulub. Tədqiq olunan abidələrdə xarici partnyorlarla da əməkdaşlığımız var".
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media