“Şəki Xan Sarayının təmirinə başlanılmayıb”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova deyib.
O bildirib ki, Xan Sarayının təmiri diqqət mərkəzimizdədir:
"Xan Sarayının konservasiya və bərpasına yanaşmanı diqqət mərkəzində saxlamaq üçün daimi olaraq mütəxəssislər və ekspertlərlə işləyirik".
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media