Xaçmaz rayonunun Həbibkənd kənd sakini, 52 yaşlı Bayram Tahir oğlu Məmmədov bu gecə saat 4-də yaşadığı evdən çıxıb və geri dönməyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onun psixoloji problemlərinin olduğu deyilir.
DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Bizim.Media-ya bildirib ki, bu barədə Xaçmaz polis şöbəsinə məlumat daxil olub.
Bayram Məmmədovun tapılması istiqamətində zəruri tədbirlər görülür.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.