Ayda neçə dəfə işdən icazə almaq olar?

Çox az adam tapılar ki, şəxsi işləri ilə əlaqədar iş yerindən icazə almasın. İşdən bir neçə saatlıq, hətta bir neçə günlük icazə istəyənlər olur. 

Bəs, qanunla işdən hansı müddətə icazə almaq olar?  

Bizim.Media-nın məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov məsələ ilə bağlı “qafqazinfo.az”a bildirib ki, Əmək Məcəlləsinin 128-ci maddəsinə görə, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı, ailə-məişət və başqa sosial məsələlərin təxirəsalınmadan həll etmək, təhsil almaq, yaradıcılıq, elmi işlə məşğul olmaq üçün, habelə fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçilərin öz hesabına, yəni ödənişsiz məzuniyyətdən istifadə hüququ var. Bu göstərilən səbəblərdən biri baş verdiyi halda işçi işəgötürənə müraciət edərək ödənişsiz məzuniyyət götürə bilər. 

Ümumilikdə isə Əmək Məcəlləsinə görə, ödənişsiz məzuniyyətlər işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:  

- Həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq 4 yaşına çatanadək; 

- Arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 günədək; 

- 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 günədək; 

- Orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə - bir ayadək;  

- Müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə - 14 günədək; 

- Ölkənin ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət almış işçilərə - 14 günədək;  

- İmmunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərə - 14 günədək;  

- Doktoranturada təhsil alan işçilərə - 1 ayadək; 

- Ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə - 14 gün, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə - 7 gün; 

- Ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - tibb müəssisəsinin rəyi ilə 14 günədək; 

- Ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə - 7 günədək. 

Həmçinin işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, işçiyə müddəti 6 aydan çox olmayaraq ödənişsiz məzuniyyət verilə bilər. 

Bir sözlə, qanunvericilikdə qeyd edilənlər istisna olmaqla işdən icazə almaqla bağlı müddəa yoxdur. Yəni, nə icazə istəmək, nə də icazə verməklə bağlı məsələ qanunda nəzərdə tutulmayıb. Bu baxımdan işçiyə ay ərzində nə qədər icazə verilib-verilməməsi ilə bağlı norma da mövcud deyil. Lakin təcrübədə icazə alaraq işdə olmamasına rəğmən işçilərə bu müddət üçün əməkhaqqı ödənilməsi halları olur ki, bu da işəgötürənin ixtiyarındadır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul etdi - FOTO

Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul etdi - FOTO

İsti havada kondisioneri işə salmayan avtobus sürücülərinə RƏSMİ XƏBƏRDARLIQ

İsti havada kondisioneri işə salmayan avtobus sürücülərinə RƏSMİ XƏBƏRDARLIQ

Azərbaycanda müəllim VƏFAT ETDİ - FOTO

Azərbaycanda müəllim VƏFAT ETDİ - FOTO

Nikol Paşinyan Aİİ-nin Qırğızıstandakı iclasında iştirak edəcək

Nikol Paşinyan Aİİ-nin Qırğızıstandakı iclasında iştirak edəcək

Cinayətdə şübhəli bilinən 42 nəfər SAXLANILDI

Cinayətdə şübhəli bilinən 42 nəfər SAXLANILDI

Moskva alovlar içində: Solovyovun nitqi qurudu – VİDEO

Moskva alovlar içində: Solovyovun nitqi qurudu – VİDEO

Arvadının başına meyvəqabını vurdu - Cərimələndi

Arvadının başına meyvəqabını vurdu - Cərimələndi

Moped və motosiklet idarə edən azyaşlılar - Qəza zamanı cavabdeh kimdir?

Moped və motosiklet idarə edən azyaşlılar - Qəza zamanı cavabdeh kimdir?

Arvadına mesaj yazan şəxsi qohumları ilə birgə döydü

Arvadına mesaj yazan şəxsi qohumları ilə birgə döydü

Rəna Məmmədova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rəna Məmmədova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Yevlaxda DƏHŞƏT: Atasının evində güllələnmiş meyiti TAPILDI

Yevlaxda DƏHŞƏT: Atasının evində güllələnmiş meyiti TAPILDI

Kərim Vəliyev Qazaxıstanın xüsusi medalı ilə təltif olundu – FOTO

Kərim Vəliyev Qazaxıstanın xüsusi medalı ilə təltif olundu – FOTO

Leonid Brejnevin nəticəsi Ukraynada əsir DÜŞDÜ

Leonid Brejnevin nəticəsi Ukraynada əsir DÜŞDÜ

DÇ-də qrup mərhələsinin ikinci turu başlayır

DÇ-də qrup mərhələsinin ikinci turu başlayır

Kayli Cenner 50 milyonluq lüks yaxtasını nümayiş etdirdi - FOTO

Kayli Cenner 50 milyonluq lüks yaxtasını nümayiş etdirdi - FOTO

Bu hərəkətləri etsəniz, vəhşi heyvanları həyət-bacaya dadandıra bilərsiniz – EHTİYATLI OLUN!

Bu hərəkətləri etsəniz, vəhşi heyvanları həyət-bacaya dadandıra bilərsiniz – EHTİYATLI OLUN!

Ronaldo dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

Ronaldo dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

BTC kəməri ilə daşınan neftin həcmi AÇIQLANDI

BTC kəməri ilə daşınan neftin həcmi AÇIQLANDI

Moskvada azərbaycanlıların çalışdığı bazara DRON HÜCUMU – Yaralılar var – ÖZƏL–VİDEO

Moskvada azərbaycanlıların çalışdığı bazara DRON HÜCUMU – Yaralılar var – ÖZƏL–VİDEO

“Zirə” 2 qapıçı ilə DANIŞIQLAR APARIR

“Zirə” 2 qapıçı ilə DANIŞIQLAR APARIR

Ukraynanın “Bars” dron-raketi Moskva səmasında – Hücumun ANBAAN VİDEOSU

Ukraynanın “Bars” dron-raketi Moskva səmasında – Hücumun ANBAAN VİDEOSU

I və IV qruplar üzrə qəbul imtahanının nəticələri nə vaxt elan ediləcək? – RƏSMİ CAVAB

I və IV qruplar üzrə qəbul imtahanının nəticələri nə vaxt elan ediləcək? – RƏSMİ CAVAB

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

End of content

No more pages to load

RADİO