Azərbaycanda neçə İkinci Dünya müharibəsi iştirakçısı var? – Rəsmi AÇIQLAMA 

Azərbaycanda hazırda 30 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda İkinci Dünya müharibəsinin neçə iştirakçısı sağdır?


Bildirilib ki, may ayının 2-si Azərbaycan Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2000 manat birdəfəlik maddi yardım ödəniləcək.

Həmçinin, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1000 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamın ümumilikdə 3 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 30-u İkinci Dünya müharibəsi iştirakçılarıdır.

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, ötən il İkinci Dünya müharibəsi iştirakçısının sayı 51 olub.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhalinin DİQQƏTİNƏ - Bakının ən təmiz çimərlikləri AÇIQLANDI

Əhalinin DİQQƏTİNƏ - Bakının ən təmiz çimərlikləri AÇIQLANDI

İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik

İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik

Prezident: Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Prezident: Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Rusiya ordusu Ukraynanın yanacaq-energetika obyektlərinə zərbələr endirdi

Rusiya ordusu Ukraynanın yanacaq-energetika obyektlərinə zərbələr endirdi

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

Dövlət başçısı: “İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik” - VİDEO

Dövlət başçısı: “İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik” - VİDEO

Moskvaya rekord sayda PUA hücumu: 180 dron vuruldu - Aeroportda təxliyə - FOTO

Moskvaya rekord sayda PUA hücumu: 180 dron vuruldu - Aeroportda təxliyə - FOTO

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

Nikahların sayı KƏSKİN AZALIB – Boşanmalar isə...

Nikahların sayı KƏSKİN AZALIB – Boşanmalar isə...

Azərbaycan əhalisinin sayı artdı

Azərbaycan əhalisinin sayı artdı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan Prezidenti: İnfrastruktura çox böyük sərmayələr yatırırıq - VİDEO

Azərbaycan Prezidenti: İnfrastruktura çox böyük sərmayələr yatırırıq - VİDEO

33 il axtarışda olan Elşən Şamilov Almaniyada tutuldu – Azərbaycana GƏTİRİLDİ

33 il axtarışda olan Elşən Şamilov Almaniyada tutuldu – Azərbaycana GƏTİRİLDİ

İlham Əliyev: "Azərbaycan qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir" - VİDEO

İlham Əliyev: "Azərbaycan qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir" - VİDEO

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

Prezident: Bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişik - VİDEO

Prezident: Bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişik - VİDEO

Konqo azarkeşləri "Messi! Messi!" deyərək Ronaldonu “ələ saldılar” - VİDEO

Konqo azarkeşləri "Messi! Messi!" deyərək Ronaldonu “ələ saldılar” - VİDEO

İlham Əliyev: "Qlobal səhnədə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib" - VİDEO

İlham Əliyev: "Qlobal səhnədə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib" - VİDEO

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Prezident: Müstəqilliyimizin ilk iki ili humanitar fəlakətlərlə yadda qalıb - VİDEO

Prezident: Müstəqilliyimizin ilk iki ili humanitar fəlakətlərlə yadda qalıb - VİDEO

Ukrayna ordusu Krımı azad etməyə hazırlaşır

Ukrayna ordusu Krımı azad etməyə hazırlaşır

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Prezident: “Azərbaycanın sabit, uğurlu inkişafı var” - VİDEO

Prezident: “Azərbaycanın sabit, uğurlu inkişafı var” - VİDEO

Məktəbli təsadüfən Vikinqlər dövrünə aid 1300 illik qılınc tapdı – FOTO

Məktəbli təsadüfən Vikinqlər dövrünə aid 1300 illik qılınc tapdı – FOTO

End of content

No more pages to load

RADİO