Qusarda şəhər sakini, 32 yaşlı Sevda Bədəlova hamamda dəm qazından boğulub. Hamamdan gec çıxdığını görən anası içəri girəndə onu bayılmış görüb və təcili yardım çağırıb. Gənc qadın xəstəxanaya çatdırılanda onun artıq öldüyü məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, dəm qazından ölən Sevda Bədəlova 5 aylıq hamilə imiş.
Faktı Qusar rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu