İsrail öz vətəndaşlarına Eurovision Mahnı Müsabiqəsinin keçiriləcəyi İsveçin Malmö şəhərinə səyahətin təhlükələri barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə bu barədə İsrail televiziyasının 12-ci kanalı ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail Milli təhlükəsizlik qərargahı israillilərə gələn həftə Eurovision musiqi yarışmasının keçiriləcəyi İsveçin Malmö şəhərinə səyahətin təhlükələri barədə xəbərdarlıq edib.
Qeyd olunub ki, bu şəhər Yaxın Şərqdən gələnlərin sayının əhəmiyyətli olması səbəbindən anti-İsrail fəaliyyət mərkəzi kimi tanınır.
Vurğulanıb ki, İsveç hakimiyyətinin təhlükəsizlik tədbirlərini gücləndirməsinə baxmayaraq, israilli iştirakçılardan fərqli olaraq, yəhudi dövlətindən gələn turistlər məqsədyönlü şəkildə qorunmur.
Bizim.Media