Yanğında 6 uşağın öldüyü Respublika Perinatal Mərkəzinə direktor təyinatı OLUB? 

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb. Təmirin nə vaxt bitəcəyi və əvvəlki fəaliyyətin geri qayıdacağı tarix konkret bəlli deyil. Rəsmi qurumlar bunu sözügedən hadisə ilə əlaqədar istintaqın yekunlaşmaması ilə əlaqələndirirlər.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Perinatal Mərkəzə yeni direktor təyinatı təmir işləri tam yekunlaşandan və xəstəxana fəaliyyətini bərpa edəndən sonra baş tutacaq. Hələlik isə məlum hadisədə ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunan mərkəzin direktoru Mehriban Abasquliyevanın yerinə təyinat olunmayıb. Amma Mehriban Abasquliyevanın yeniden Perinatal Mərkəzinə direktor gətiriləcəyi də iddia olunur.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Perinatal Mərkəzinin 3 rəhbər şəxsinə cinayət işi AÇILDI


Məsələ ilə bağlı müraciət etdiyimiz Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bu və ya digər formada sorğumuza cavab verilmir.

Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində 6 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib. Yanğın bir otaqda 35 kv.metr sahəni əhatə edib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, hadisə ilə bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı, eləcə də vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə  təqsirləndirilirlər.

Onu da bildirək ki, yanğın hadisəsi ilə bağlı istintaq-əməliyyat tədbirləri hələki yekunlaşmayıb. Baş Prokurorluqdan saytımızın sorğusuna cavab olaraq istintaqın gedişatı ilə bağlı yeni məlumatın olmadığı bildirilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

Bakıdan Naxçıvana uçuşlar təhlükəsizlik səbəbindən LƏĞV EDİLDİ

Bakıdan Naxçıvana uçuşlar təhlükəsizlik səbəbindən LƏĞV EDİLDİ

İsrail hücumları: Bir sutkada 28 nəfər həlak oldu

İsrail hücumları: Bir sutkada 28 nəfər həlak oldu

DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı

DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı

DÇ-2026: Çexiya - CAR oyununda qalib müəyyənləşmədi

DÇ-2026: Çexiya - CAR oyununda qalib müəyyənləşmədi

Prezident işsizlik səviyyəsindən DANIŞDI

Prezident işsizlik səviyyəsindən DANIŞDI

Xamaneinin İran xalqına MÜRACİƏTİ yayımlandı

Xamaneinin İran xalqına MÜRACİƏTİ yayımlandı

Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı oldu

Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı oldu

“Kids Academy by British School”da məktəbəqədər qrupların Məzun Günü keçirildi

“Kids Academy by British School”da məktəbəqədər qrupların Məzun Günü keçirildi

BTC kəməri ilə neçə ton neft ixrac edilib? – 5 aylıq hesabat

BTC kəməri ilə neçə ton neft ixrac edilib? – 5 aylıq hesabat

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Neymar Haiti ilə oyunu buraxacaq

Neymar Haiti ilə oyunu buraxacaq

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

End of content

No more pages to load

RADİO