BİZİM TƏQVİM: 25 apreldə baş vermiş tarixi hadisələr

 25 aprel 1997-ci ildə Azərbaycanın Avropa Mədəniyyət Konvensiyasına (1954-cü il 19 dekabr tarixli) qoşulması haqqında qanun (1997-ci il aprelin 22-də Milli Məclisdə qəbul olunub) mətbuatda dərc olunaraq qüvvəyə minib.

Bəs, aprelin 25-də dünyada daha hansı hadisələr baş verib?

1. 25 aprel 1783-cü ildə Fransanın Annon şəhərində insan çəkisinə bərabər olan yüklə ilk hava şarı səmaya buraxılıb.

2. 1859-cu ilin 25 aprelində Misirin Port Səid şəhərindən Qırmızı dənizlə Aralıq dənizini bir-birinə bağlayacaqSüveyş kanalının işlərinə başlanıldı.

3. 25 aprel 1901-ci ildə dünyada ilk dəfə olaraq ABŞ-ın Nyu-York ştatında avtomobillərdə dövlət nömrə nişanı tətbiq olunmağa başlanıb. Qəbul olunan qərara əsasən, avtomobil sahibləri məcburi qaydada öz nəqliyyat vasitələri üçün nömrə almalı idilər. Azərbaycanda ilk dəfə avtomobil nömrələri ötən əsrin 50-ci illərdə verilməyə başlanıb.

4. I Dünya Müharibəsi əsnasında – 1915-ci ildə İstanbulu işğal etməyi qarşısına məqsəd qoyan İngiltərə-Fransa hərbi qüvvələri Çanaqqala boğazını ala bilməyəcəklərini anlayınca 25 apreldən quru müharibələrinə keçdilər. İngiltərə və Fransa hərbi donanması Çanaqqala yarımadasının 5 limanına yan aldı. Ancaq işğalçılar türk əsgərinin inadkar müdafiəsi qarşısında çox irəliləyə bilmədilər. Aylarla sürən səngər döyüşlərindən sonra müttəfiq ordu qüvvələri dekabr ayında yarımadanı tərk etməli oldular və bu hadisə tarixə Çanaqqala Zəfəri olaraq düşdü.  

5. 25 aprel 1945-ci ildə BMT Nizamnaməsinin işlənib hazırlanması ilə bağlı beynəlxalq San–Fransisko konfransı işə başlayıb. İyunun 26-dək davam edən konfransda BMT-ni təsis edən 50 ölkənin nümayəndələri iştirak ediblər.

6. 25 aprel 1947-ci ildə Portuqaliyada “Qərənfil inqilabı” baş verib. Zorakılıq istifadə edilmədən həyata keçirilən hərbi çevriliş nəticəsində ölkədə 45 illik faşist diktaturasına son qoyulub.

7. 1974-cü ilin 25 aprelində Portuqaliyada general Antonio Spinolanın idarə etdiyi dəstə “Qərənfil inqilabı” edərək silahsız hərbi çevrilişlə 1933-cü ildən bəri sürən Salazar faşist diktaturasına son qoydu. İki il sonra keçirilən seçkilərlə ölkə demokratik idarəetmə sistemini bərpa etdi, üstəlik Afrika və Şərqi Asiyadakı koloniyalarından əl çəkdi. Bunun sayəsində Qvineya Bisau, Mozambik və Anqola kimi ölkələr müstəqillik qazandılar. 
 

8. 25 aprel 1990-cı ildə “Hubble” kosmik teleskopu “Dıscovery” astronavtlar tərəfindən Yer orbitinə yerləşdirildi.

9. 25 aprel 2001-ci ildə Filippinin sabiq prezidenti Cozef Estrada (Joseph Estrada) ölkənin 80 milyon dollarlıq malını mənimsəməkdə təqsirli bilindi və Maniladakı evində yaxalanaraq həbs olundu.

25 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanın neft tarixində müstəsna rol oynamış görkəmli neftçi-geoloqu Baba Babazadə 1911-ci ilin bu günü Bakının Ramana kəndində anadan olub. B.Babazadə həm də neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı işlərində yeni metodların yaradıcılarındandır. Müxtəlif torpaq suxurlarında neft və qaz yataqlarının yerləşməsinin qanunauyğunluqları barədə B.Babazadənin elmi əsərlərində geniş bilgilər toplanıb. Məhz bu ideyalar bütün Sovet İttifaqının neft rayonlarında düzgün geoloji kəşfiyyat işlərinin aparılması istiqamətində nəzəri baza rolunu oynayıb. 1944-cü ildə SSRİ və Azərbaycan neftçiləri arasında ilk dəfə olaraq B.Babazadəyə Sosialist Əməyi Qəhrəmanı adı verilib. (1911-1962)

2. 25 aprel 1941-ci ildə Mustafa Kamal Atatürkün ən yaxın adamı kimi tanınan, uşaqlıq dostu və yavəri Salih Bozok dünyasını dəyişib. (1881-1941)

3. 25 aprel 1905-ci ildə ədəbiyyatşünas, şair, tərcüməçi Mikayıl Rəfili (1905 – 25.4.1958) doğulub. Rus ədəbiyyatından  tərcümələr edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.

4. 25 aprel 1911-ci ildə Əməkdar artist, müğənni Elmira Axundova (1911 – 26.11.1998) anadan olub. Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb.  
 

5. 25 aprel 1914-cü ildə Xalq artisti Məhəmməd Burcəliyev (1914 – 25.11.1994) Şəkidə doğulub. 1935-ci ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, teatrda direktor (1950-52) işləyib, tamaşalara quruluş verib. “Dəli Kür”, “Gözlə məni”, “Qəm pəncərəsi” və s. filmlərdə çəkilib.

6. 25 aprel 1925-ci ildə yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev (1925 -1994) anadan olub. "Torpağın ətri", "Qayaların səsi", "Dağlar oğlu" və s. romanların müəllifidir.

7. 25 aprel 1957-ci ildə tanınmış aktrisa, Xalq artisti Həmidə Ömərova anadan olub. "Qızıl uçurum" (Şəfiqə), "Anlamaq istəyirəm" (Çinarə), "Yol əhvalatı" (Zümrüd), "Qorxma, mən səninləyəm" (Telli), "Nizami" (Afaq), "Doğma sahillər" (Zivər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Filmlərin dublyaj və səsləndirilməsində fəal iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran danışıqları TƏXİRƏ SALINDI

ABŞ-İran danışıqları TƏXİRƏ SALINDI

Popkorn azmış kimi, üstünə bu zərərli qatqıları da ƏLAVƏ EDİRİK

Popkorn azmış kimi, üstünə bu zərərli qatqıları da ƏLAVƏ EDİRİK

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

End of content

No more pages to load

RADİO