Tovuz rayonunda 23 yaşlı gənc naməlum şəraitdə bıçaq xəsarətləri alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.
Kənd sakini 2001-ci il təvəllüdlü A.Rzayev bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zərərçəkən dərhal əməliyyata götürülüb, onun vəziyyətinin stabil olduğu bildirilir.
A. Rzayevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu